Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bibiheybətdəki avtomobil yağışdan başına qəza gələn yeganə maşın olmayıb

© Sputnik / Irade JELILSədərəkdə suyun altında qalan avtomobil
Sədərəkdə suyun altında qalan avtomobil - Sputnik Azərbaycan
Abunə olmaq
Səhər saatlarında "Sədərək"də "Lexus" markalı avtomobil batıb. Sürücü hadisə şahidləri tərəfindən xilas edilib.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 25 noyabr — Sputnik. Sədərəkdə Meyvəli bazarının yaxınlığında avtomobil batıb. Bu barədə Sputnik Azərbaycan-a hadisə şahidləri məlumat veriblər.

© Sputnik / Irade JELILSədərəkdə suyun altında qalan avtomobil
Bibiheybətdəki avtomobil yağışdan başına qəza gələn yeganə maşın olmayıb - Sputnik Azərbaycan
Sədərəkdə suyun altında qalan avtomobil

Bildirilib ki, yolun kənarı çala-çuxur olduğu üçün oraya yağış suları dolub: "Yolun həmin hissəsi kələ-kötürdür. Böyük çalalar var. Yağış yağıb, su dolub. Səhər saatlarında da "Lexus" markalı avtomobil batıb".

Sürücü hadisə şahidləri tərəfindən xilas edilib.

Xəbər lenti
0