CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərhəddə atışma olub, ölən var

© Sputnik / Mikhail Voskresensky / Mediabanka keçidГосударственная граница, фото из архива
Государственная граница, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə yerində 1 ədəd polietilen bağlamada ümumi çəkisi 2595 qram marixuana və metamfetamin növündə narkotik vasitə, 1 ədəd "Samsung" markalı mobil telefon, 1 ədəd bıçaq, 2 ədəd 7,62 mm çaplı patron gilizləri aşkar olunub.

BAKI, 25 noyabr — Sputnik. Noyabrın 23-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qo­şunlarının "Horadiz" sərhəd dəstə­si­nin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqa­mətində döv­lət sərhədini pozmaları müşahidə olunub.

Bu barədə Sputnik Azərbaycan-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Sərhəd zastavası "Silaha" komandası üzrə qaldırılıb, xid­məti əra­zi tam qapadılıb. Sərhəd naryadı tərəfindən "Dayan" əmri verilərək sər­həd pozu­cuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. La­kin sərhəd pozu­cu­ları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı od­lu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər.

© State Border Service of Azerbaijan RepublicSərhəd pozu­cu­ları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı od­lu silahdan atəş açıblar
Sərhəddə atışma olub, ölən var - Sputnik Azərbaycan
Sərhəd pozu­cu­ları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı od­lu silahdan atəş açıblar

Sərhəd naryadı tərəfindən "Dövlət sərhədi haqqında" qanunun tələblərinə tam uyğun olaraq silah tətbiq olunub və sərhəd pozucularından biri zərərsizləşdirilib. Digər sərhəd pozucusu ərazinin kolluq və qamışlıq olmasından istifadə edərək İran ərazisinə qaçıb.

Hadisə yerində 1 ədəd polietilen bağlamada ümumi çəkisi 2595 qram marixuana və metamfetamin növündə narkotik vasitə, 1 ədəd "Samsung" markalı mobil telefon, 1 ədəd bıçaq, 2 ədəd 7,62 mm çaplı patron gilizləri aşkar olunub.

© State Border Service of Azerbaijan RepublicОбнаруженный на месте происшествия сверток с наркотиками, психотропными веществами и ножом
Hadisə yerində aşkarlanan politelen bağlama - Sputnik Azərbaycan
1/2
Hadisə yerində aşkarlanan politelen bağlama
© State Border Service of Azerbaijan RepublicОбнаруженный на месте происшествия сверток с наркотиками, психотропными веществами и ножом
Bağlamada ümumi çəkisi 2595 qram marixuana və metamfetamin növündə narkotik vasitə, 1 ədəd Samsung markalı mobil telefon, 1 ədəd bıçaq, 2 ədəd 7,62 mm çaplı patron gilizləri aşkar olunub - Sputnik Azərbaycan
2/2
Bağlamada ümumi çəkisi 2595 qram marixuana və metamfetamin növündə narkotik vasitə, 1 ədəd "Samsung" markalı mobil telefon, 1 ədəd bıçaq, 2 ədəd 7,62 mm çaplı patron gilizləri aşkar olunub
1/2
Hadisə yerində aşkarlanan politelen bağlama
2/2
Bağlamada ümumi çəkisi 2595 qram marixuana və metamfetamin növündə narkotik vasitə, 1 ədəd "Samsung" markalı mobil telefon, 1 ədəd bıçaq, 2 ədəd 7,62 mm çaplı patron gilizləri aşkar olunub

İranın sərhəd nümayəndəsinin iştirakı ilə hadisə yerinə baxış keçi­ri­lərkən aldığı güllə yarasından hadisə yerində vəfat etmiş sərhəd pozucusunun İran vətəndaşı olması müəyyən edilib.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və Füzuli Hərbi Prokurorluğunun əmək­daşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hə­rə­kət­ləri həyata keçirilir.

Xəbər lenti
0