Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda sürüşmə baş verdi, əsas yol bağlandı

© Sputnik / Ilham AhmadovŞamaxı-çuxuryud-Dəmirçi avtomobil yolu yenidən sürüşməyə məruz qalıb
Şamaxı-çuxuryud-Dəmirçi avtomobil yolu yenidən sürüşməyə məruz qalıb - Sputnik Azərbaycan
Abunə olmaq
Avtonəqliyyat vasitələrinin hərəkəti köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunur

BAKI, 24 noyabr — Sputnik. Yolda baş vermiş sürüşmə ilə əlaqədar olaraq Bibiheybət məscidindən Bakı şəhəri istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılır.

Зона оползней на Баилово - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda sürüşmə zonasında 40 ailə təhlükədədir

Sputnik Azərbaycan-ın "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə istinadən məlumatına görə, avtonəqliyyat vasitələrinin hərəkəti köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunur.

Məhdudlaşma ərazidə təmir-bərpa işləri aparılan müddətdə qüvvədə olacaq: “Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edirik”.

Xəbər lenti
0