Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bərbərxanada qan töküldü: Kişini ürəyindən bıçaqladılar

© Sputnik / Murad OrujovМужчина с ножом, иллюстративное фото
Мужчина с ножом, иллюстративное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Şirvan Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədərək hadisə yerindən qaçan Şirvan sakini, 1988-ci il təvəllüdlü Qasımov Şamil Aslan oğlu şübhəli şəxs qismində saxlanılıb və istintaqa təhvil verilib

BAKI, 24 noyabr — Sputnik. Şirvanda bərbərxanada bıçaqlanma hadisəsi baş verib.

Народный писатель Казахстана Олжас Сулейманов встретился с бакинскими читателями в Бакинском книжном центре  - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Qətl günü rastına çıxan ilk maşına oturub Bakıya uçmaq üçün hava limanına tələsən adam

Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, ötən gün Şirvan sakini, 1971-ci il təvəllüdlü Hüseynov Mehdi Habil oğlu Şirvan şəhəri İ.Qayıbov küçəsində yerləşən bərbərxanada həmyerlisi tərəfindən münaqişə zəminində bıçaqlanıb.

O, ürək nahiyəsini və döş qəfəsini dəlib keçən yaralarla Şirvan Şəhər Mərkəzi xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb.

Şirvan Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədərək hadisə yerindən qaçan Şirvan sakini, 1988-ci il təvəllüdlü Qasımov Şamil Aslan oğlu şübhəli şəxs qismində saxlanılıb və istintaqa təhvil verilib. Onun barəsində Şirvan şəhər məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçiləcəyi gözlənilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər lenti
0