Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Kürdəmirdə minik maşını "KamAZ"a girdi – İki ölü

© pixabay / byrev / AccidentАвтомобиль, попавший в ДТП
Автомобиль, попавший в ДТП - Sputnik Azərbaycan
Abunə olmaq
Ölənlərin meyitləri müayinə olunması üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon Şöbəsinə yerləşdirilib.

BAKI, 24 noyabr — Sputnik. Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "QAZ-2410" markalı avtomobilin sürücüsü Əhmədov Mehman Surxay oğlu idarə etdiyi nəqliyyat vasitəsini arxadan "KamAZ" markalı yük maşınına çırpıb. Nəticədə M.Əhmədov və onun sərnişini İbadov Vüqar Arif oğlu aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyalarını dəyişiblər. Onların meyitləri müayinə olunması üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon Şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.

Xəbər lenti
0