Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda ağır faciə: Kişi 10 metr hündürlükdən düşərək öldü

© AP Photo / Dieu Nalio CheryMeyit, arxiv şəkli
Meyit, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
1964-cü il təvəllüdlü Sərvər Əhmədov hündür ərazidə gedərkən ayağı sürüşərək 10 metr hündürlükdən yerə yıxılaraq ölüb

BAKI, 22 noyabr - Sputnik. Bakının Sabunçu rayonunda 55 yaşlı kişi yüksəklikdən yıxılaraq ölüb.

Bədbəxt hadisə rayonun Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 5 ünvanında baş verib.

Belə ki, qeyd edilən ünvanda yaşayan və orada fəhlə kimi çalışan Beyləqan rayon sakini, 1964-cü il təvəllüdlü Sərvər Ənvər oğlu Əhmədov qəsəbədəki O.Əfəndiyev küçəsində yerləşən hündür ərazidə gedərkən ayağı sürüşərək 10 metr hündürlükdən yerə yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0