23:58 07 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8883
Xəstəxana, arxiv şəkli

Dava edən nişanlıları ayıran bacı komaya düşdü

© Sputnik / Ilham Mustafa
HADİSƏ
Qısa URL
7901

V.Qəmbərova ailədaxili münaqişə zəminində xəsarət alıb. O, bacısı ilə keçmiş nişanlısı dava edərkən onları aralaşdırmaq istəyib. Bu zaman oğlan onu itələyib

BAKI, 21 noyabr — Sputnik. Gəncədə döyülmə faktı qeydə alınıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə kəlbəcərlilərin məskunlaşdığı qaçqın şəhərciyində qeydə alınıb.

Bacısının keçmiş nişanlısı tərəfindən xəsarət yetirilən 1998-ci il təvəllüdlü Qəmbərova Validə Rauf qızı kələ-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Dərhal ona tibbi yardım göstərilib. Həkimlər yaralının vəziyyətinin ağır olduğunu bildiriblər.

Əldə edilən məlumata görə, V.Qəmbərova ailədaxili münaqişə zəminində xəsarət alıb. O, bacısı ilə keçmiş nişanlısı dava edərkən onları aralaşdırmaq istəyib. Bu zaman oğlan onu itələyib. Yıxılaraq başından xəsarət alan V.Qəmbərovanın komaya düşdüyü bildirilir.

İlkin məlumata görə, gənc cütlüklərin arasında yaranan mübahisə qızın nişanı qaytarmasından sonra yaranıb. Buna səbəb isə oğlanın başqa qızla münasibətinin üzə çıxması olub.

Qeyd edək ki, xəsarət alan V.Qəmbərova Kəlbəcər rayon Maliyyə şöbəsinin əməkdaşıdır. Bacısı isə Kəlbəcər rayon Mərkəzi Kitabxanasında işləyir.

Hələlik adı açıqlanmayan oğlanın isə Gəncə Regional Elmi Mərkəzin işçisi olduğu deyilir.

Faktla bağlı Kəlbəcər Rayon Polis Şöbəsində araşdırma başlanıb.

Əsas mövzular