Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Kürdəmirdə iki maşın toqquşdu: Ölən var

© Sputnik / Rahim MuradovTəcili tibbi yardım avtomobili, arxiv şəkli
Təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Lada Priora"nın sürücüsü hadisə yerində dünyasını dəyişib. Onun avtomobildə sıxılıb qalmış meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib

BAKI, 20 noyabr — Sputnik. Kürdəmir rayonunda yol qəzası baş verib.

Qəza, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Ağır qəza 2 nəfərin ölümünə səbəb oldu

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Təklə kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Sabirabad rayon sakini, 1966-cı il təvəllüdlü Vəliyev Yaşar Pirəli oğlunun idarə etdiyi "Shachman" markalı yük maşını İsmayıllı rayon sakini, 1990-cı il təvəllüdlü Abasov Vasif Elman oğlunun idarə etdiyi "Lada Priora" markalı minik avtomobili ilə toqquşub. Nəticədə "Lada Priora"nın sürücüsü hadisə yerində dünyasını dəyişib. Onun avtomobildə sıxılıb qalmış meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0