CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda avtobus sürücüsünü ürəyindən bıçaqladılar

© Sputnik / Vitaly BelousovВодитель за рулем автобуса
Водитель за рулем автобуса - Sputnik Azərbaycan
Abunə olmaq
O, cərrahi əməliyyat olunur. Həkimlərin verdiyi məlumata görə, xəstə ağır və sərxoş vəziyyətdə xəstəxanaya qəbul olunub

BAKI, 19 noyabr — Sputnik. Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb. Cəbrayıl rayon sakini, 1985-ci il təvəllüdlü İsmayılov Samir Vahid oğlunun ürək və qarın nahiyəsinə iki bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

O, cərrahi əməliyyat olunur. Həkimlərin verdiyi məlumata görə, xəstə ağır və sərxoş vəziyyətdə xəstəxanaya qəbul olunub.

Qeyd edək ki, S.İsmayılov Qaradağ rayonu ərazisində 24 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən avtobusun sürücüsüdür.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinə məlumat verilib.

Xəbər lenti
0