CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Atalar sözü oğrulara dərs olmadı

© Sputnik / Anar MustafayevКлюч в дверном замке, фото из архива
Ключ в дверном замке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri müxtəlif vaxtlarda qeyd edilən evə oğurluq məqsədi ilə 3 dəfə daxil olublar

BAKI, 19 noyabr — Sputnik. Abşeron rayonu ərazisindəki evlərin birindən oğurluq edilib. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, naməlum şəxslər mənzilə daxil olaraq oradan 59.550 manat dəyərində geyim və məişət əşyaları oğurlayıblar.

Газовый вентиль, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Mövsüm yetişdi, oğruların əməli üzə çıxdı

Zərərçəkənlər polisə hadisə barədə məlumat verən kimi cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Masazır qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar – Bəxtiyar Aslanov, Qara Məmmədov və Elmir Bəndəliyev saxlanılıblar. Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri müxtəlif vaxtlarda qeyd edilən evə oğurluq məqsədi ilə 3 dəfə daxil olublar. Həmin mənzildən 3-cü dəfə oğurluğa isə dəstənin digər üzvü Bəxtiyar Aslanov tək daxil olub. O, sonuncu dəfə evdə olan divan və kresloları oğurlayaraq satıb.

Qeyd edək ki, saxlanılan şəxslərin oğurladıqları məişət və geyim əşyaların bir qismi polislər tərəfindən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstə üzvlərinin Abşeron rayonu və digər ərazilərdə oğurluqlarda iştirak edib-etmədikləri istintaq araşdırmalarından sonra məlum olacaq.

Xəbər lenti
0