Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Neftçimiz Xəzər dənizində batıb

© Photo : APAПоисково-спасательные операции на месте крушения эстакады в Каспийском море, фото из архива
Поисково-спасательные операции на месте крушения эстакады в Каспийском море, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub

BAKI, 18 noyabr — Sputnik. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizində Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasının yaxınlığında 1965-ci il təvəllüdlü Şərifov İlqar Şirin oğlunun batması barədə məlumat daxil olub.

Глубоководные аппараты спускаются на воду в рамках международной научно-исследовательской экспедиции - Sputnik Azərbaycan
Rusiya sualtı qayığında faciə: 14 dənizçi həlak olub

FHN-dən Sputnik Azərbaycan-a verilən xəbərə görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

"SOCAR" dənizdə batan şəxsin kimliyinə aydınlıq gətirib. “SOCAR”ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov APA-ya bildirib ki, dənizdə batdığı bildirilən İlqar Şərifov neftçidir: "Lakin o, “SOCAR”ın əməkdaşı deyil. İlqar Şərifov “AzGerneft”in əməkdaşıdır. “AzGerneft” MMС isə “SOCAR”ın birgə müəssisəsidir. Hadisə iş prosesi zamanı baş verməyib. İlqar Şərifov işdən sonra dənizdə batıb. Hazırda onun axtarışları davam etdirilir”.

Xəbər lenti
0