Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Mövsüm yetişdi, oğruların əməli üzə çıxdı

© Sputnik / Anar MustafayevГазовый вентиль, фото из архива
Газовый вентиль, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
“Bəzi mənzillərin ventilləri metal yığanlar tərəfindən oğurlanıb. Binaların zirzəmiləri açıq olduğuna görə, bir çox hallarda bu ventillər metal kimi oğurlanır. Ona görə də binaya istilik gəlmir" - Rafiq Əliyev

BAKI, 18 noyabr — Sputnik. Paytaxtın Hövsan qəsəbəsinin bir hissəsi istilikdən məhrumdur. Bunun səbəbi isə həmin ərazidə istilik ventillərinin sökülməsidir. Qəsəbənin bir neçə məhəlləsində belə olay baş verib.

Девушка у комнатного обогревателя, архивное фото - Sputnik Azərbaycan
CƏMİYYƏT
Köhnə binaların istilik dərdi - yaz gələr, yonca bitər

Artıq "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi problem barədə məlumatlandırılıb və müvafiq addımlar atılıb. Qurumun Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, boruların ventilləri metal yığanlar tərəfindən oğurlanıb: “Binaların zirzəmiləri açıq olduğuna görə, bir çox hallarda bu ventillər metal kimi oğurlanır. Ona görə də, istilik mövsümü başlayanda, bu binalara istilik verə bilmirik".

"Əslində, qanunla binanın aşağı paylayıcı istilik sistemləri bina mülkiyyətçisinin balansındadır. Bizim bununla bağlı görə biləcəyimiz heç bir iş yoxdur. Bu haqda məlumatımız olduqda polisə, yaxud da mülkiyyətçiyə məlumat veririk. Son olayla bağlı vətəndaşları məlumatlandırmışıq və polisə müraciət etmişik”, - deyə o əlavə edib.

Xəbər lenti
0