Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda dəhşətli qəzada bir ailənin 4 üzvü öldü

CC0 / Artyom Kulakov / carАвария, фото из архива
Авария, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində qeydə alınıb. "VAZ-2105" markalı və BMW markalı avtomobillər toqquşub

BAKI, 18 noyabr — Sputnik. Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Ağır qəza 2 nəfərin ölümünə səbəb oldu

Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində qeydə alınıb. "VAZ-2105" markalı və BMW markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ-2105”in sürücüsü, 1967-ci il təvəllüdlü Hidayət Hümbətov, sürücünün qardaşı, 1958-ci il təvəllüdlü Ağasəf Hümbətov, sürücünün qızı, 1989-cu il təvəllüdlü Rəvanə Hümbətova və onun oğlu 2011-ci il təvəllüdlü Rəvan Hümbətov aldıqları xəsarətdən hadisə yerində ölüblər.

Həmin avtomobildə olan digər sərnişinlər - 1971-ci il təvəllüdlü Reyhan Sədullayeva və 2014-cü il təvəllüdlü Əli Hümbətov müxtəlif bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Həmçinin BMW-nin sürücüsü Vüqar Dadaşov da xəsarət alıb.

Xəbər lenti
0