CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xaçmazda dəhşətli faciə: 20 yaşlı gənc iki yerə bölündü

© AP Photo / Dieu Nalio CheryMeyit, arxiv şəkli
Meyit, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İlkin məlumata görə, A.Mehdiyevin hadisə zamanı sərxoş olub. Dəqiq cavab tibbi ekspertizadan sonra bilinəcək.

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 14 noyabr — Sputnik. Azərbaycanda 20 yaşlı gənc faciəvi şəkildə ölüb. Hadisə Azərbaycan Dövlət Dəmir Yolunun Xaçmazın Çarxı kəndindən keçən hissəsində qeydə alınıb.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, 20 yaşlı Ağacan Maqsud oğlu Mehdiyev qatar yolunu keçmək istəyəndə bədbəxt hadisə baş verib. Gənci qatar vurub və o, yerindəcə dünyasını dəyişib. Gənci qatar iki hissəyə bölüb və onun ayaqları bədənindən ayrılaraq yolun əks tərəfinə düşüb.

Hadisə yerinə dərhal Dəmiryolu Nəqliyyatında Baş polis idarəsinin və Xaçmaz rayon prokurorluğunun nümayəndələri gəlib.

İlkin məlumata görə, A.Mehdiyevin hadisə zamanı sərxoş olub. Dəqiq cavab tibbi ekspertizadan sonra bilinəcək.

Xəbər lenti
0