Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Metronun yanında halı pisləşən qadın xəstəxanaya yerləşdirildi

© Sputnik / Rahim MuradovTəcili tibbi yardım avtomobili, arxiv şəkli
Təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Həmin vaxt ərazidə xidməti vəzifəsini yerinə yetirən BNA əməkdaşları dərhal həmin şəxsə ilkin tibbi yardım göstərib və təcili tibbi yardıma müraciət ediblər.

BAKI, 13 noyabr — Sputnik. Bu gün metronun "Koroğlu" stansiyası yaxınlığında halı pisləşən vətəndaş Bakı Nəqliyyat Agentliyi əməkdaşlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Xəbərdə bildirilir ki, ərazidən keçən minik avtomobillərinin birində olan xanımın qəflətən halı pisləşib. Həmin vaxt ərazidə xidməti vəzifəsini yerinə yetirən BNA əməkdaşları dərhal həmin şəxsə ilkin tibbi yardım göstərib və təcili tibbi yardıma müraciət ediblər. Eyni zamanda təcili tibbi yardım avtomobilinin əraziyə maneəsiz yaxınlaşması üçün zəruri tədbirlər görülüb. Onların köməkliyi ilə həmin şəxs xəstəxanaya çatdırılıb.

Xəbər lenti
0