03:46 11 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0268
  • EUR1.8813
Gömrük yoxlanışı, arxiv şəkli

Azərbaycana beşbarmaqla bıçaq keçirən saxlanıldı

© Sputnik / Valeri Melnikov
HADİSƏ
Qısa URL
8 0 0

Gömrükçülər nəqliyyat vasitəsinin salonunda olan polietilen paketdə gizlədilən müxtəlif ölçüdə və formada, ümumi çəkisi 15,35 qram təşkil edən qızıl qırıntıları aşkarlayıblar

BAKI, 12 noyabr — Sputnik. Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında "Samur" gömrük postunun idxal-gömrük nəzarəti xəttinə Rusiya Federasiyasından daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə baxış keçirilib.

Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, yoxlama zamanı gömrükçülər nəqliyyat vasitəsinin salonunda olan polietilen paketdə gizlədilən müxtəlif ölçüdə və formada, ümumi çəkisi 15,35 qram təşkil edən qızıl qırıntıları aşkarlayıblar.

Samur gömrük postunda avtomobildə aşkarlanan qızıl qırıntıları
© The State Customs Committee of AR.
"Samur" gömrük postunda avtomobildə aşkarlanan qızıl qırıntıları

"Samur" gömrük postunun idxal-minik gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi daha bir minik avtomobilinə baxış zamanı isə nəqliyyat vasitəsindəki yüklərdə 1 ədəd "beşbarmaq" və 3 ədəd bıçaq aşkarlanıb.

Samur gömrük postunda avtomobilə baxış zamanı 1 ədəd beşbarmaq və 3 ədəd bıçaq aşkarlanıb
© The State Customs Committee of AR.
"Samur" gömrük postunda avtomobilə baxış zamanı 1 ədəd "beşbarmaq" və 3 ədəd bıçaq aşkarlanıb

Hər iki faktla bağlı araşdırma aparılır.

Əsas mövzular