Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Dostunun toyunda elə ürəkdən sevindi ki, polisə düşdü - VİDEO

© Photo : Auto.azToy karvanı, arxiv şəkli
Toy karvanı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ağstafa sakini əsgər yoldaşı Vələd Yusifovun toy mərasiminə gedibmiş. Hadisə zamanı istifadə olunan silah isə Orxan Əlizadənin atasına məxsus olub

BAKI, 11 noyabr — Sputnik. Qazax rayonunda toy karvanında təhlükəli anlar yaşanıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Görüntülərdən belə məlum olur ki, rayonun Daş Salahlı kəndində təşkil olunmuş toy karvanında hərəkətdə olan “VAZ-2106” markalı, 09 BC 367 dövlət nömrə nişanlı avtomobilin sərnişini tüfəngdən havaya bir neçə dəfə atəş açır.

Yayılan görüntülərlə bağlı polis tərəfindən araşdırmalara başlanıb və odlu silahdan havaya atəş şəxsin kimliyi müəyyənləşib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib ki, Qazax rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində toy karvanında ov tüfəngindən havaya atəş açan Ağstafa rayon sakini, 25 yaşlı Orxan Əlizadə saxlanılıb. Ondan hadisədə istifadə etdiyi ov tüfəngi götürülüb.

O.Mansurzadə qeyd edib ki, hazırda faktla bağlı Qazax RPŞ-də araşdırma aparılır: “Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək”. 

Bildirilir ki, O.Əlizadə əsgər yoldaşı Vələd Yusifovun toy mərasiminə gedibmiş. Hadisə zamanı istifadə olunan silah isə O.Əlizadənin atasına məxsus olub.

Xəbər lenti
0