Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Polis Novxanıda bağ evini mühasirəyə aldı: xüsusi əməliyyat - FOTO

© Photo : Azerbaijan National Agency for Mine ActionNovxanı bağları ərazisində qazıntı işləri aparılarkən əl qumbarası və mərmi tapılıb
Novxanı bağları ərazisində qazıntı işləri aparılarkən əl qumbarası və mərmi tapılıb - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə yerinə ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu, Sumqayıt şəhər Polis İdarəsinin, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları göndəriliblər

BAKI, 10 noyabr — Sputnik. Bu gün Novxanıda polis və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları xüsusi əməliyyat keçiriblər. Nəticədə iki partlamamış qurğu aşkar edilərək zərərsizləşdirilib.

Sputnik Azərbaycan bildirir ki, 14:38-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 14:49-da Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Sumqayıt şəhəri, Novxanı bağları ərazisində qazıntı işləri aparılarkən əl qumbarasının və mərminin tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Sumqayıt şəhər Polis İdarəsinin, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndəriliblər.

© © Azerbaijan National Agency for Mine ActionNovxanı bağları ərazisində qazıntı işləri aparılarkən əl qumbarası və mərmi tapılıb
Polis Novxanıda bağ evini mühasirəyə aldı: xüsusi əməliyyat - FOTO - Sputnik Azərbaycan
Novxanı bağları ərazisində qazıntı işləri aparılarkən əl qumbarası və mərmi tapılıb

Onlar yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə polis ərazini mühasirəyə alıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd DM-41 əl qumbarası və  1 ədəd 30 mm-lik zenit top mərmisi (OFZ) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının və zenit top mərmisinin ətrafında 150 kv.m əraziyə yerüstü, 30 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

© © Azerbaijan National Agency for Mine ActionNovxanı bağları ərazisində qazıntı işləri aparılarkən əl qumbarası və mərmi tapılıb
Novxanı bağları ərazisində qazıntı işləri aparılarkən əl qumbarası və mərmi tapılıb - Sputnik Azərbaycan
1/5
Novxanı bağları ərazisində qazıntı işləri aparılarkən əl qumbarası və mərmi tapılıb
© © Azerbaijan National Agency for Mine ActionNovxanı bağları ərazisində qazıntı işləri aparılarkən əl qumbarası və mərmi tapılıb
Novxanı bağları ərazisində qazıntı işləri aparılarkən əl qumbarası və mərmi tapılıb - Sputnik Azərbaycan
2/5

3/5

4/5

5/5

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 10 noyabr 2019-cu il tarixlərində 231 siqnal (əməliyyat çağırışı) əsasında 199 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Bərdə, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Xocavənd, Kürdəmir, Qazax, Quba, Lənkəran, Oğuz, Salyan, Samux, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Ucar, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Yevlax, Lənkəran, Naftalan şəhərləri ərazisində 12 ev və həyətyanı sahəyə, təmas xəttinə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilib, 1 915 ədəd partlamamış hərbi sursat (PHS), 28 717 ədəd müxtəlif çaplı patron, 12 ədəd piyada əleyhinə mina, 26 ədəd tank əleyhinə mina və 35 ədəd tank əleyhinə təlim məqsədli mina zərərsizləşdirilib, 169 320 kv.m ərazi yerüstü və 13 807 kv.m ərazi yeraltı yoxlanılıb.

Xəbər lenti
0