Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gün ərzində iki bənzər qəza, qaz xətti sıradan çıxıb - FOTO

© Facebook / Azəriqaz İBAvtomobil yoldan çıxaraq qaz tənzimləyicisinə çırpılıb
Avtomobil yoldan çıxaraq qaz tənzimləyicisinə çırpılıb - Sputnik Azərbaycan
Abunə olmaq
“Opel” markalı minik avtomobili ilə toqquşan “Mercedes” markalı avtomobil yoldan çıxaraq qaz tənzimləyicisinə çırpılıb

BAKI, 7 noyabr — Sputnik. Sabunçu rayonu Pirşağı qəsəbəsində 2 saylı sovxozun ərazisində avtomobil qəzası baş verib.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən Sputnik Azərbaycan-a məlumat verilib. “Opel” markalı minik avtomobili ilə toqquşan “Mercedes” markalı avtomobil yoldan çıxaraq qaz tənzimləyicisinə çırpılıb. Həm tənzimləyici, həm də qaz xətti ilə siyirtmə yararsız hala düşüb. Hadisəyə görə 120 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb. Bərpa işləri görülür.

© Photo : Facebook / Azəriqaz İBQaz xətti sıradan çıxıb
Gün ərzində iki bənzər qəza, qaz xətti sıradan çıxıb - FOTO - Sputnik Azərbaycan
Qaz xətti sıradan çıxıb

Qeyd edək ki, ötən gecə, saat bir radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsinin Qayaüstü adlanan (Nardaran yolu) ərazisində də avtomobil qaz xəttinə çırpılıb. Nəticədə qaz tənzimləyicisinin 76 mm diametrində siyirtməsi qırılıb və digər qaz xətti üzərindəki qurğulara ziyan dəyib. Qaz sızmasının qarşısı dərhal alınıb. Təmir prosesi zamanı abonentlərə digər qaz xətti vasitəsilə qazın verilişi təmin olunub.

Xəbər lenti
0