Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qaz xəttinə çırpılan avtomobil yandı - FOTO

Abunə olmaq
Qaz tənzimləyicisinin 76 mm diametrində siyirtməsi qırılıb və digər qaz xətti üzərindəki qurğulara ziyan dəyib

BAKI, 7 noyabr — Sputnik. Ötən gecə, saat bir radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsinin Qayaüstü adlanan (Nardaran yolu) ərazisində avtomobil qaz xəttinə çırpılıb. Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-a məlumat verilib.

© © Azerigaz CJSCZədələnən qaz xətti
Qaz xəttinə çırpılan avtomobil yandı - FOTO - Sputnik Azərbaycan
Zədələnən qaz xətti

Bildirilib ki, nəticədə qaz tənzimləyicisinin 76 mm diametrində siyirtməsi qırılıb və digər qaz xətti üzərindəki qurğulara ziyan dəyib. Qaz sızmasının qarşısı dərhal alınıb. Təmir prosesi zamanı abonentlərə digər qaz xətti vasitəsilə qazın verilişi təmin olunub.

Xəbər lenti
0