05:14 18 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
Uşaqlar, arxiv şəkli

Atanın məsuliyyətsizliyindən Bakıda iki yaşlı qız uşağı saatlarla yiyəsiz qalıb

CC0 / moshehar / дети
HADİSƏ
Qısa URL
61 0 0

Hazırda körpə anası ilə birgə sığınacaqdadır. Uşağın vəziyyəti normaldır, bədənində zorakılıq izi yoxdur.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 6 noyabr — Sputnik. "Ötən gün adı Rüqayyə olan 2 yaşlı uşaq Xətai rayon 35-ci polis bölməsinin əməkdaşları tərəfindən sığınacağımıza gətirildi. Bizdə olan məlumata görə, 252 saylı uşaq bağçasının gözətçisi tərəfindən polis bölməsinə müraciət daxil olub. Gözətçi deyib ki, naməlum şəxs uşağı ona verib ki, saxla, gəlib götürəcəyəm. Lakin o uşağı götürməyib".

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə deyib. Onun sözlərinə görə, uşaq sığınacağa gətirildikdən bir neçə saat sonra özünü azyaşlının atası adlandıran şəxs ortaya çıxıb: "O dedi ki, uşağı səhvən aparıb bağçaya qoyub. Daha sonra kişi yoldaşı mənim yanıma gəldi. Onda məlum oldu ki, səhər saatlarında uşağı bağçaya aparmaq adı ilə evdən çıxarsa da, küçədə qızı təsadüfi tanıdığı adama verib. Həmin adam da axşam saat 5-də uşağı bağçaya apararaq gözətçinin yanına qoyub. Lakin uşaq səhər 08:00-dan axşam 17:00-dək harada olub, bunu bilmirik".

"Hazırda körpə anası ilə birgə sığınacağımızdadır. Uşağın vəziyyəti normaldır, baxdıq, bədənində zorakılıq izi yoxdur. Ana çörək zavodlarının birində işləyir. O səhər 07:00-da işdə olmaq üçün tezdən çıxır. Qadın deyir ki, ötən gün səhərişə getməzdən öncə həyat yoldaşı ona deyib ki, uşağı bağçaya aparacaq. İndi ana 9 saat ərzində övladının harada olmasından narahatdır. Yəqin ki, bununla bağlı bu gün hüquq-mühafizə orqanlarına müraciət ediləcək", - deyə o əlavə edib.

K.Ağazadənin sözlərinə görə, atanın davranışlarında müəyyən pozuntular olsa da, onun əqli cəhətdən geri olduğunu demək olmaz.

Qeyd edək ki, sözügedən ailə rəsmi nikahdadır, onlar iş tapmaq üçün artıq bir aydır ki, rayonların birindən gələrək Bakıda məskunlaşıblar.

Əsas mövzular