Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Minik maşını sərnişin avtobusuna çırpıldı: yaralılardan biri uşaqdır

© Photo : APAАвтобус, попавший в ДТП. Архивное фото
Автобус, попавший в ДТП. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Müayinə zamanı bir nəfərin - minik maşınının sürücüsü, 1964-cü il təvəllüdlü Məmmədov Vəli Əziz oğlunun xəsarətinin ciddi olduğu məlum olub

BAKI, 5 noyabr — Sputnik. Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

Sındırılmış pəncərə şüşəsi, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Bakıya gələnlərin düşdüyü qəza qubernatorun nəzarətinə götürüldü

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə axşam saatlarında Təbriz küçəsində baş verib. “Opel” markalı minik maşını sərnişinsiz dayanıqlı vəziyyətdə olan 8 saylı şəhərarası marşrut xətti üzrə işləyən sərnişin avtobusuna çırpılıb. İlkin məlumata görə, hadisə nəticəsində biri azyaşlı olmaqla 3 nəfər xəsarət alıb. Yaralılar ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıblar.

Müayinə zamanı bir nəfərin - minik maşınının sürücüsü, 1964-cü il təvəllüdlü Məmmədov Vəli Əziz oğlunun xəsarətinin ciddi olduğu məlum olub. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0