01:20 05 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
3710

Ölmüş heyvanlardan nümunələr götürülərək müayinə üçün Mərkəzi Respublika Baytarlıq Laboratoriyasına göndərilib

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 5 noyabr — Sputnik. Bu gün Ağdaş rayonunda fərdi təsərrüfatlardan birində qoyunlar arasında kütləvi tələfat qeydə alınıb. Ağdaşın Hapıtlı kənd sakini Əliyev Tahir İbrahim oğlunun sahə baytar həkiminə müraciəti əsasında onun 80 baş xırdabuynuzlu heyvanına infeksion pasterellyoz xəstəliyinə qarşı serum vurulub. Müalicə zamanı 10 baş heyvanın halı qəflətən pisləşib və onlardan 5-i ölüb.

Qeyd edək ki, vətəndaş həmin serum dərmanını şəxsi vəsaiti hesabına Göyçay rayonundakı baytarlıq aptekindən aldığını bildirib. Təsərrüfat sahibinin bu ilin mart ayında da 17 baş xırdabuynuzlu heyvanının həmin xəstəlikdən öldüyü bildirilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin İnformasiya təminatı, ictimaiyyətlə əlaqələr və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Yolçu Xanvəli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pasterellyoz xəstəliyinə qarşı həkimlərin iştirakı olmadan heyvan sahibi tərəfindən 70 baş heyvanda vaksinasiya aparılıb-serum vurulub: "Onlardan 10 başında ağırlaşma baş verib. Həkimlərə məlumat verildikdən sonra ağırlaşma baş verən heyvanlardan 5 başı tam xilas edilib. Ölümlə nəticələnmış heyvanlardan nümunələr götürülərək müayinə üçün Mərkəzi Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Aqrar Xidmətlər Agentliyinin baytar həkimləri tərəfindən təsərrüfatda lazımi baytarlıq-sanitariya tədbirləri həyata keçirilib".

Əsas mövzular