Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda iki avtobus toqquşub, yaralılar var

© Photo : REPORTAvtobus qəza
Avtobus qəza - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə zamanı 57 saylı xətt marşrutu üzrə hərəkət edən "Isuzu" markalı sərnişin avtobusu ilə "BakuBus" MMC-yə məxsus 7A saylı xətt marşrutu üzrə hərəkət edən avtobus toqquşub

BAKI, 5 noyabr — Sputnik. Bakının Nizami rayonunda ağır yol qəzası baş verib.

Автомобиль, попавший в ДТП - Sputnik Azərbaycan
HADİSƏ
Əsl qətliamdır: Yenə qəza, yenə çoxlu sayda ölüm

Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, avtoqəza Qaqa Qarayev prospektində qeydə alınıb.

Hadisə zamanı 57 saylı xətt marşrutu üzrə hərəkət edən "Isuzu" markalı sərnişin avtobusu ilə "BakuBus" MMC-yə məxsus 7A saylı xətt marşrutu üzrə hərəkət edən avtobus toqquşub. İlkin məlumata görə, yol qəzası nəticəsində azı 8 nəfər xəsarət alıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan 5 nəfəri xəstəxanada müalicəsini davam etdirəcək, digər 3 nəfər isə ilkin tibbi yardımdan sonra evə buraxılıb. 

Hadisənin təfərrüatları araşdırılır.

Xəbər lenti
0