Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Güclü küləyin fəsadları: Astaralı ailə ölümdən döndü - VİDEO

© Sputnik / Rahim MuradovLənkəranda qəza olub
Lənkəranda qəza olub - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə zamanı xəsarət alan Cavadov alın nahiyəsinin sıyrılması ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 3 noyabr – Sputnik. Dünən axşam saatlarında Ələt-Astara magistral yolunun Lənkəran rayonunun Bürcəli kəndi ərazisindən keçən hissəsində yolun sağ tərəfində iri gövdəli palıd ağacının böyük bir budağı güclü küləyə tab gətirməyərək yola aşıb.

Sputnik Azərbaycan-ın verdiyi xəbərə əsasən, ağacın iri budağı yoldan keçən Astara şəhər sakini Rüfət Cavadovun idarə etdiyi  “KIA Sportage” markalı minik avtomobilin üzərində düşüb.

© Sputnik / Rahim MuradovLənkəranda qəza olub
Güclü küləyin fəsadları: Astaralı ailə ölümdən döndü - VİDEO - Sputnik Azərbaycan
Lənkəranda qəza olub

Rüfət Cavadovun dediyinə görə, hadisə zamanı 3 nəfər ailə üzvü də avtomobilin içərisində olub: “Birdən-birə ağac üstümüzə düşdü və yarpaqlar ön şüşədə göründü. Bir təhər qaçırmaq istədim, amma ağacın budağı çox yekə olduğundan heç cür alınmadı. Mən başımdan xəsarət almışam, həyat yoldaşım isə yüngül xəsarət alıb. Avtomobilimə təxminən 10 min manata kimi ziyan dəyib”.

© Sputnik / Rahim MuradovLənkəranda qəza olub
Güclü küləyin fəsadları: Astaralı ailə ölümdən döndü - VİDEO - Sputnik Azərbaycan
Lənkəranda qəza olub

Məlumat üçün bildirək ki, hadisə zamanı xəsarət alan R.Cavadov alın nahiyəsinin sıyrılması ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, Rüfət Cavadova tibbi yardım göstərilərilib, yaraları sarılıb və o, evə buraxılıb.

Xəbər lenti
0