Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Mikroavtobus minik maşınına çırpıldı, yaralılar var

© REPORTGəncəyə hərbi hissəyə gedən mikroavtobus qəzaya uğrayıb
Gəncəyə hərbi hissəyə gedən mikroavtobus qəzaya uğrayıb - Sputnik Azərbaycan
Abunə olmaq
Minik maşınının sürücüsü və avtomobildə olan qadın sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar

BAKI, 24 oktyabr — Sputnik. Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Bərdədə rabitəçi bədbəxt hadisənin qurbanı olub

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun 198-ci kilometrliyində, rayonun Atakişili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Ağdam rayon sakini Ramil Akif oğlu Rüstəmov idarə etdiyi "Mercedes" markalı sərnişin mikroavtobusu ilə Bakı istiqamətində hərəkətdə olan zaman eyni istiqamətdə hərəkət edən Bakı şəhər sakini, Dağlar Heydər oğlu Məcidovun idarə etdiyi "Chevrolet" markalı avtomobilə arxadan çarpılıb.

Nəticədə "Chevrolet"nin sürücüsü və avtomobildə olan sərnişin, Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Bəsti Məhəmməd qızı Məcidova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Fakt araşdırılır.

Xəbər lenti
0