Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qusarda dərəyə yıxılan gəncin meyiti tapıldı

© Sputnik / Yekaterina Chesnokova / Mediabanka keçidКавказские горы, фото из архива
Кавказские горы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ərazi sərt qayalıqdan ibarət olduğu üçün onun meyitinin çıxarılmasına Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb ediliblər

BAKI, 22 oktyabr — Sputnik. Qusarda dərəyə düşən şəxsin meyiti tapılıb. 

Uşaq, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Ağcabədidə faciə: Bir yaşlı uşaq cəhalət və savadsızlığın qurbanı oldu

Sputnik Azərbaycan-ın APA-ya istinadla verdiyi məlumata görə, 1987-ci il təvəllüdlü Sərxanov Sərxan Sahib oğlunun cəsədi Kuruq kəndinin dərəsi adlanan yerdə aşkarlanıb.

Ərazi sərt qayalıqdan ibarət olduğu üçün onun meyitinin çıxarılmasına Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb ediliblər.

Qeyd edək ki, bundan əvvəl Fövqəladə Hallar Nazirliyi oktyabrın 21-də Qusar rayonunun Buğur kəndi ərazisində, mürəkkəb relyefli yüksək dağ massivində 1987-ci il təvəllüdlü Sərxanov Sərxan Sahib oğlunun hündürlükdən yıxılaraq dərəyə düşdüyü barədə məlumat yaymışdı.

Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırmalar aparılır.

Xəbər lenti
0