18:58 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
3401

Xəstəxanaya çatdırılan yaralıya tibbi yardım göstərilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir

BAKI, 20 oktyabr — Sputnik. Gəncə sakini yanıq xəsarətləri ilə xəstəxanya yerləşdirilib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Əslən Kəlbəcərdən olan, 1952-ci il təvəllüdlü Mirzəyev Söhbət Yeprin oğlu bədənin yuxarı ətrafının və boyunun yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub.

Yaralıya tibbi yardım göstərilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirlir.

İlkin məlumata görə, həmin şəxs ailə münaqişəsi zəminində həyat yoldaşı və qaynanası ilə mübahisə etdikdən sonra üzərinə yandırıcı maye tökərək özünü yandırıb. Hadisə ilə bağlı polisə məlumat verilib, araşdırma davam edir.

Əsas mövzular