Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Başına boru düşdü, öldü: Bakıda tikintidə faciə

CC0 / danisampa / ConstructionTikinti sahəsi, arxiv şəkli
Tikinti sahəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Həmin tikintidə işləyən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü İsmayılov Ramiz Vəli oğlu tikinti ərazisində işlədiyi vaxt başına boru dəyib

BAKI, 19 oktyabr — Sputnik. Bakıda tikintidə ölüm hadisəsi baş verib.

Рабочие в Баку - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Tikinti sektorunda ləngiməyə səbəb nədir? - Ekspert açıqlayır

Spurtnik Azərbaycan-ın Trend-ə istinadla məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Neftçilər prospektində yeni tikilən yaşayış binasının inşası zamanı olub.

Həmin tikintidə işləyən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü İsmayılov Ramiz Vəli oğlu tikinti ərazisində işlədiyi vaxt başına boru dəyib. R.İsmayılov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hüquq-mühafizə oqanları hadisə yerinə gələrək meyiti və hadisə yerini müayinə edib, meyit daxili müayinə üçün Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Nəsimi rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti
0