12:24 28 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0224
  • EUR2.0554
HADİSƏ
Qısa URL
23 0 0

Hadisə yerindən yayınmaqda şübhəli bilinən "Opel" markalı avtomobilin sürücüsü, Bərdə rayon sakini F.Babayeva saxlanılıb

BAKI, 16 oktyabr — Sputnik. Oktyabrın 14-də saat 20 radələrində Stansiya Sumqayıt qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Ramazan Quliyev vurulub və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Baş İstintaq və Təhqiqat İdarəsi və Sumqayıt ŞPİ 5-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən "Opel" markalı avtomobilin sürücüsü, Bərdə rayon sakini F.Babayeva saxlanılıb.

Əsas mövzular