CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda ağac budağı sakinləri yaraladı

© Sputnik / Rahim MuradovTəcili tibbi yardım avtomobili, arxiv şəkli
Təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisədən bir qədər sonra həmin ağacın daha bir iri budağı da sınaraq avtobus dayanacağının yanına düşüb

BAKI, 15 oktyabr — Sputnik. Bakının Yasamal rayonunda ağacın budağının aşması nəticəsində 3 nəfər xəsarət alıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə Hüseyn Cavid prospektində, metronun "Elmlər Akademiyası" stansiyasının qarşısında baş verib.

Səbail rayonu, Badamdar qəsəbəsi, İqor Ağayev küçəsi, 3 ünvanında ağacın dibinin betonlayıblar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda “Qırmızı kitaba” düşən ağacın dibini betonladılar

Ağacın aşması zamanı 1952-ci il təvəllüdlü Məmmədova Sərvinaz Əhməd qızı, 1980-ci il təvəllüdlü Leyla Abbasova və daha bir nəfər qadın (ad və soyadı hələlik məlum deyil) xəsarət alıblar. Hər üç yaralı dərhal 1 saylı Xəstəxanaya yerləşdirilib. Onlardan S.Məmmədovaya ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Digər iki nəfərin vəziyyəti orta ağırdır.

Hadisədən bir qədər sonra həmin ağacın daha bir iri budağı da sınaraq avtobus dayanacağının yanına düşüb. Nəticədə xəsarət alan olmayıb. Hadisə zamanı dayanacağa heç bir zərər dəyməyib.

Xəbər lenti
0