09:08 15 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
25 0 0

Yaralılar Ağstaya rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti orta-ağır qıymətləndirilir.

BAKI, 12 oktyabr — Sputnik. Ağstafa rayonunda 8 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi xəbərə görə, Ağstafa-Poylu marşrut xətti üzrə hərəkətdə olan mikroavtobusun sürücüsünün qəfil idarəetməni itirməsi nəticəsinə avtobus aşıb.

Nəticədə mikroavtobusda olan sərnişinlər - 1986-cı il təvəlüdlü Quliyeva Pərvanə Cümşüd qızı, 1982-ci il təvəllüdlü Nəsibov Vüsal Yusuf oğlu, 1956-cı il təvəllüdlü Babayeva Gülüruf Teymur qızı, 2003-cü il təvəllüdlü Oruclu Zöhrəbəyim Akif qızı, 1986-cı il təvəllüdlü Orucova Tamella Arif qızı, 2003-cü il təvəllüdlü Kərimov Rəşid, 1984-cü il təvəllüdlü Muğalova Gülarə Afad qızı, 1992-ci il təvəllüdlü Göycəliyeva Pərvin Hidayət qızı, 2003-cü il təvəllüdlü Cəlilova Zülfiyyə Əsgər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Ağstaya rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti orta-ağır qıymətləndirilir.

Əsas mövzular