03:30 20 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Pəncərə qarşısındakı qız, arxiv şəkli

Tələbə qız institut pəncərəsindən yıxıldı, səbəb bilinmir

CC0 / TheDigitalWay / Burglar
HADİSƏ
Qısa URL
137 0 0

Üçüncü kurs tələbəsi olan N. Daşdıyeva ağır bədən xəsarətləri aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun hansı səbəbdən pəncərədən yıxıldığı hələ ki, məlum deyil

BAKI, 10 oktyabr — Sputnik. Şamaxı rayonunda ali təhsil ocağında bədbəxt hadisə baş verib.

Sputnik Azərbaycan-ın APA-ya istinadla xəbərinə görə, hadisə bu gün saat 10:30 radələrində Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında qeydə alınıb.

Şamaxı sakini, 20 yaşlı Daşdıyeva Nazilə Elxan qızı oxuduğu ali məktəbin ikinci mərtəbəsinin pəncərəsindən yerə yıxılıb. Üçüncü kurs tələbəsi olan N. Daşdıyeva ağır bədən xəsarətləri aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun hansı səbəbdən pəncərədən yıxıldığı hələ ki, məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Əsas mövzular