21:44 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
33 0 0

İki gün əvvəl Biləcəri qəsəbəsində, "Avtovağzal" metro stansiyası yaxınlığında kişi uşaqlarının gözü qabağında arvadını bıçaqlayıb.

BAKI, 8 oktyabr — Sputnik. "Son dövrlər ailədaxili zorakılıq artıb. İki gün əvvəl Biləcəri qəsəbəsində, "Avtovağzal" metro stansiyası yaxınlığında kişi uşaqlarının gözü qabağında arvadını bıçaqlayıb. Kişilər bunu telefonla çəkiblər, hadisə uşaqların gözü qarşısında baş verib. Bir adam çıxmayıb ki, ona bir yumruq vursun, qadını əlindən alsın".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Aytən Mustafayeva deyib.

Deputat bildirib ki, digər bir hadisə isə metroda baş verib: "Heç olmasa, metroda insanların üzərində bıçaq olub-olmadığını polislər yoxlasınlar. Bu sahədə qanunvericilik təkmilləşdirilməlidir. Bununla bağlı Milli Məclisin komitələrində müzakirə aparılmasına ehtiyac var".

Millət vəkili Məlahət İbrahimqızı da həmkarını dəstəkləyib, bu kimi məsələlərə ziyalıların həssas münasibət ortaya qoymasını zəruri sayıb.

Əsas mövzular