22:05 20 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Qaxdakı partlayışın baş verdiyi ərazi

Qaxdakı partlayışın təfərrüatları bilindi - FOTO

© Sputnik / Shahperi Abbasova
HADİSƏ
Qısa URL
80810

İlkin məlumata görə, xəsarət alanlar fəhlələrdirlər. Onlar həmin ərazidən torpaq çıxararaq, şəhərin digər hissəsinə aparacaqlarmış. Elə hadisə də həmin vaxt baş verib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 8 oktyabr — Sputnik. Xəbər verdiyimiz kimi, bu gün Qax rayonunda partlayış olub. Hadisə zamanı 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan Sputnik Azərbaycan-a verilən məlumata görə, xəstələrdən dördünün vəziyyəti yüngüldür. 2 nəfər xəstə - Sardion Daroşvili alt çənənin mental sınığı və bədənin çoxsaylı qəlpə yaraları, David Nuraşvili üz və boyun nahiyəsinin sol yarısı, sol said nahiyəsinin çoxsaylı qəlpə yaralanması, üst dişlərinin yumşaq toxumalarının cırılması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti isə kafi qiymətləndirilir. 

Hadisənin baş verdiyi ərazi
© Sputnik / Shahperi Abbasova
Hadisənin baş verdiyi ərazi

İlkin məlumata görə, xəsarət alanlar fəhlələrdirlər. Onlar həmin ərazidən torpaq çıxararaq, şəhərin digər hissəsinə aparacaqlarmış. Elə hadisə də həmin vaxt baş verib.

Qeyri-rəsmi məlumata görə, həmin torpaq 4-5 il əvvəl başqa bir bölgədən gətirilib. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunublar. Partlayışın nədən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Əsas mövzular