Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda ağır qəzada 11 nəfər yaralandı

© Sputnik / Murad OrujovƏrazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri
Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri - Sputnik Azərbaycan
Abunə olmaq
Xəstəxanadan verilən məlumata görə, müraciət edən 11 nəfərdən 9-na ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib

BAKI, 7 oktyabr — Sputnik. Bakıda ağır yol qəzası baş verib.

Sputnik Azərbaycan-ın "Report"a istinadla xəbərinə görə, hadisə oktyabrın 7-də səhər saatlarında Qala -Pirallahı yolunda (Zirə Bolmarketin yanı) qeydə alınıb.

Hadisə yerinə gələn Təcili Tibbi yardım briqadası 11 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb.

Xəstəxanadan verilən məlumata görə, müraciət edən 11 nəfərdən 9-na ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib: "İki nəfərin müalicəsi davam edir. Həkimlər xəstəxanada qalan iki nəfərin vəziyyətini orta-ağır kimi qiymətləndirir. Həyatları üçün təhlükə yoxdur".

Xəbər lenti
0