CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zaqatalada əməliyyat: Üzərində silah gəzdirən şəxs tutuldu

© Sputnik / Anar MustafayevМужчина в наручниках, фото из архива
Мужчина в наручниках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Zaqatala şəhəri ərazisində saxlanılan S.Qaracayevin üzərindən 1 ədəd tapança silahı aşkar edilərək götürülüb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 4 oktyabr — Sputnik. Zaqatalada üzərində qanunsuz silah gəzdirən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən  qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib və Balakən rayonu Mahamalar kənd sakini Samir Qaracayev saxlanılıb. Zaqatala şəhəri ərazisində saxlanılan S.Qaracayevin üzərindən 1 ədəd tapança silahı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0