CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həftənin son iş günü hava yaxşı olacaq

© Sputnik Мурад Оруджев / Mediabanka keçidКомплекс "Flame Towers" в Баку
Комплекс Flame Towers в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın temperaturu gecə 14-19, gündüz 24-29, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təşkil edəcək

BAKI, 3 oktyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 23-28, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında isə sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 24-29, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, sabah Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.

Xəbər lenti
0