Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda qadın müəllim oğlan şagirdlərinin hücumuna məruz qalıb

© Sputnik / Rahim MuradovTəcili tibbi yardım avtomobili, arxiv şəkli
Təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qaradağ rayon Polis İdarəsinə yeniyetmə şagirdlərin hücumuna məruz qalan pedaqoqdan şikayət daxil olub

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 2 oktyabr — Sputnik. Kimya müəllimi polisə öz şagirdlərindən şikayət edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Müəllim olmaq istəyənlər üçün son iki gün

Qaradağ rayon Polis İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, oktyabrın 1-də 11-ci polis bölməsinə yerli sakin tərəfindən şikayət daxil olub. Həmin şəxs rayonun 57 yaşlı sakini, 127 saylı məktəbdə 40 ildir "Kimya" və "Biologiya" fənnindən dərs deyən Abbasova Aygün Lətif qızıdır.

Uzun müddət iş stajı olan ali təhsilli pedaqoq sentyabrın 27-də sinif otağında iki 14 yaşlı şagirdinin hücumuna məruz qalıb. Müəllim ona hücum edən oğlanlarla bağlı bütün məlumatları və hücumun təfərrüatlarını polisə anladıb.

Eyni zamanda Bakı şəhər Təhisl İdarəsi istintaq sirri olduğundan, hadisə ilə bağlı daha ətraflı informasiya verməkdən imtina edib.

Xəbər lenti
0