CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda qatar vuran qadının durumu açıqlandı

© Sputnik / Yevgeny Odinokov / Mediabanka keçidQatar, arxiv şəkli
Qatar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Bakı-Sumqayıt elektrik qatarı Keşlə stansiyasında (2653-cü km-də) hərəkətdə olarkən Tacirə Vidadi qızı Rəhimova müəyyən olmayan yerdən dəmir yolu xəttini keçmək istəyib"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 2 oktyabr — Sputnik. "Keşlədə qatar vuran qadının durumu çox ağırdır". Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkiminin müavini Adil Salahov bildirib.

Keşlə qəsəbəsində yerləşən Şanxay adlanan ərazidəki hazırkı vəziyyət - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Şanxay"dakı evlərin aqibəti açıqlandı-İş məhkəmədədir

O qeyd edib ki, xəstə 32 yaşlı Rəhimova Tacirə Vidadi qızıdır. A. Salahovun sözlərinə görə, xəstə bir saat olar ki, 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. A. Salahov xəstənin yaşama ehtimalının çox az olduğunu bildirib: "Tacirə Rəhimova adlı xəstə açıq kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb. Beyin toxumaları bayırda qalıb. Durumu çox ağır qiymətləndirilir. Həyat əlamətləri çox azdır. Hazırda onun yaşaması üçün əlimizdən gələni edirik. Vəziyyəti kritik olduğundan hazırda yaralarının təmizlənməsi işi aparılır".

"Azərbaycan Dəmir Yolları" QSC-dən də baş verən hadisəyə münasibət bildirilib. Sputnik Azərbaycan-a açıqlama verən qurumun Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova bildirib ki, hadisə bu gün saat 08:23-də Keşlə stansiyasında baş verib: "Bakı-Sumqayıt elektrik qatarı Keşlə stansiyasında (2653-cü km-də) hərəkətdə olarkən Tacirə Vidadi qızı Rəhimova müəyyən olmayan yerdən dəmir yolu xəttini keçmək istəyib. Maşinist briqadası dərhal səs siqnalları verərək təcili tormozlama aparıb. Amma məsafə yaxın olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb. Nəticədə qadın qatarın yan hissəsinə toxunaraq müxtəlif dərəcəli bədən xəsarəti alıb. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağrılıb və yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Hadisə ilə bağlı araşdırma aparılır".

Xəbər lenti
0