CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kürəkən qaynatasını balta ilə yaraladı

© Sputnik / Anar MustafayevBalta, arxiv şəkli
Balta, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Kişi yaşadığı evin həyətində başından balta ilə ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib və cərrahiyyə əməliyyatı olunub

BAKI, 29 sentyabr — Sputnik. Ağstafa rayonunda 57 yaşlı kişiyə kürəkəni tərəfindən ağır xəsarət yetirilib.

Həkim əməliyyatdan əvvəl - Sputnik Azərbaycan
SƏHİYYƏ
Qaynanadan qeyri-adi qərar: kürəkəni ömür boyu borclu olacaq

Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, hadisə rayonun Aşağı Göycəli kəndində qeydə alınıb. Ağstafa rayon sakini, 1962-ci il təvəllüdlü Mehdiyev Aydın Qurban oğlu yaşadığı evin həyətində başından balta ilə ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib və cərrahiyyə əməliyyatı olunub.

Yaxınlarının bildirdiyinə görə, hadisəni mübahisə zəminində kürəkəni törədib. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0