16:22 15 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
Yol-patrul xidmətinin avtomobili qəza yerində, arxiv şəkli

Maşını elə sürdü ki, mühərriki uçub kanala düşdü - altı kəndi hiddətləndirən qəza

© Sputnik / Rahim Zakiroghlu
HADİSƏ
Qısa URL
8310

"Mercedes" markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən əvvəl yol kənarındakı qaz borusuna, sonra Zakir Nurullayevə məxsus hasara, daha sonra tövləyə dəyərək, sonda yol kənarındakı elektrik dirəyinə çırpılıb

BAKI, 29 sentyabr — Sputnik. Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə rayonun Şağlaser kəndində baş verib. Gecə saatlarında Murad Maqsud oğlu Bağırovun idarə etdiyi 42 BK 042 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən əvvəl yol kənarındakı qaz borusuna, sonra Zakir Nurullayevə məxsus hasara, daha sonra tövləyə dəyərək, sonda yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Zərbənin təsirindən avtomobilin mühərriki yoldan 100 metr uzaqlıqda yerləşən suötürücü kanala düşüb. Deformasiyaya uğramış avtomobilin içərisindən ətrafdakı insanların köməyi ilə sürücü M.Bağırov və sərnişin Elçin Müslüm oğlu Məmmədov çıxarılıblar.

Xoşbəxtlikdən, onların hər ikisi qəzadan xəsarətsiz çıxıblar. Baş verən hadisə nəticəsində isə Şağlaser, Cil və Xarxatan kəndləri işıqsız qalıb.

Bundan başqa, “Azəriqaz” İstehsalat Birliyinin "Xarxatan" Qazpaylayıcı Stansiyasından qidalanan 5 kənddə (Şağlaser, Xarxatan, Separadi, Zövlə və Tükəvilə) qaz təchizatı tamamilə dayandırılıb. Faktla bağlı araşdırma aparılır.

Əlaqədar

Ağac aşdı, abonentlər qazsız qaldılar
Şəkidə məktəblini maşın vurub
Ağır qəza dörd adamın həyatına son qoydu
Bakıda biznes mərkəzin pəncərə şüşəsi qırılıb töküldü, xəsarət alan var
Paytaxtda gözlənilməz olay: Yolun böyük hissəsi çökdü - FOTO
Teqlər:
Lənkəran, işıq, qaz, xəsarət alanlar, minik avtomobili, qəza

Əsas mövzular