17:33 07 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8883
Demirchi Tower, arxiv şəkli

Bakıda biznes mərkəzin pəncərə şüşəsi qırılıb töküldü, xəsarət alan var

Facebook / Demirchi Tower
HADİSƏ
Qısa URL
21010

"Hazırda bu məsələ tərəfimizdən araşdırılır. 20-ci mərtəbədən pəncərənin qırılıb düşməsi nəticəsində yola düşən şüşə qırıntıları isə artıq təmizlənib"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 26 sentyabr — Sputnik. Paytaxtın "Xətai" metrosunun yaxınlığında, Xocalı prospektində yerləşən "Demirchi Tower" Biznes Mərkəzinin qarşısında arzuolunmaz hadisə baş verib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, 20-ci mərtəbədən pəncərənin qırılaraq düşməsi bir neçə nəfərin xəsarət almasına səbəb olub.  Aldığımız  məlumata görə, xəsarət alanlardan biri azyaşlı olub. Onun boğazından xəsarət aldığı, artıq xəstəxanaya yerləşdirildiyi bildirilir. Bundan başqa, qırılan şüşə ərazidəki avtomobillərə də ziyan vurub.

Bu məsələyə aydınlıq gətirmək üçün "Demirchi Tower" ilə əlaqə saxladıq. Oradan Sputnik Azərbaycan-a verilən məlumatda hadisənin hansı səbəbdən baş verməsinin araşdırılacağı qeyd olundu: "Hazırda bu məsələ tərəfimizdən araşdırılır. 20-ci mərtəbədən pəncərənin qırılıb düşməsi nəticəsində yola düşən şüşə qırıntıları isə artıq təmizlənib".

"Yaralı və xəsarət alan olmayıb, sadəcə, ola bilər ki, nəsə cızıq yaranıb", - deyə verilən məlumatda əlavə olunub.

Teqlər:
xəsarət, qəza, biznes mərkəzi

Əsas mövzular