Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda ərəb sürücü süpürgəçi qadını öldürdü

Abunə olmaq
Məmmədyarov, həmçinin vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp öz məktublarında ABŞ-ın Cənub Qaz Dəhlizinə davamlı dəstəyini ifadə edib.

BAKI, 25 sentyabr — Sputnik. Bakıda naməlum sürücü yolun kənarında Mənzil Kommunal İstismar Sahəsinin qadın əməkdaşını vurub.

Sputnik Azərbaycan-ın Trend-ə istinadla məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

Mətbuat prospektində zəncirvari qəza - Sputnik Azərbaycan
HADİSƏ
Qazaxda dörd sürücü "əlbir olub" əhalini qazsız qoydu

Naməlum sürücü paytaxtın Azadlıq prospekti, “Skripka” parkının yaxınlığında kobud qayda pozuntusu törədərək yolun kənarında təmizlik işləri aparan, Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşı, 1983-cü il təvəllüdlü Mehdiyeva Ramilə Əlizadə qızını vurub, hadisə yerindən qaçıb. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

R.Mehdiyeva aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb. Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən “Mercedes E-Class” markalı 019 D 011 nömrə nişanlı avtomobilin sürücüsünün Liviya vətəndaşı Annsi Elnamrud olduğu müəyyən edilib.

Faktla bağlı istintaq davam edir.

Xəbər lenti
0