CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Oyuncaq tapança ilə varlanmaq istədi, həbsə düşdü

© Sputnik / Tabyldy Kadyrbekov / Mediabanka keçidMəhbus, arxiv şəkli
Məhbus, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"İsti izlər"lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Yusublu saxlanılıb

BAKI, 24 sentyabr — Sputnik. Bakıda vətəndaşı oyuncaq tapança ilə hədələyib pulunu alıblar. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, bu barədə DİN-in "102" Zəng Mərkəzi Xidmətinə məlumat daxil olub.

Braziliyanın xüsusi təyinatlı polis qüvvələri - Sputnik Azərbaycan
Oyuncaq tapança ilə avtobusu girov götürdü - həyatı bahasına

Müraciətlə əlaqədar dərhal Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər.

Araşdırmalarla sentyabrın 22-də saat 23 radələrində mərc oyunları məntəqəsində naməlum şəxsin orada qeydiyyatçı işləyən C.Abışbəylini oyuncaq tapança ilə hədələyib 200 manat pulunu aldığı müəyyən edilib.

"İsti izlər"lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Yusublu saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti
0