Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şamaxıda ağır qəza baş verib

© Sputnik / Irade JELILTəcili tibbi yardım
Təcili tibbi yardım - Sputnik Azərbaycan
Abunə olmaq
Ağır kəllə beyin travması ilə xəstəxanaya gətirilən 39 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb

BAKI, 24 sentyabr — Sputnik. Şamaxıda ağır yol nəqliyyat hadisəsi baş verib. Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Xəbərdə bildirilir ki, qəza nəticəsində iki kişi (39, 31 yaş ) ağır xəsarət alaraq kritik vəziyyətdə Şamaxı MRX-ya çatdırılıb. Ağır kəllə beyin travması ilə xəstəxanaya gətirilən 39 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb. Kritik vəziyyətdə olan digər yaralının vəziyyəti bir qədər stabilləşdirildikdən sonra onu paytaxtda yerləşən özəl klinikalardan birinə köçürmək qərarına gəliblər.

Hazırda onun müalicəsi özəl klinikada davam etdirilir.

Xəbər lenti
0