23:52 17 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8829
Daşqın

İki yüz milyon insan köməksiz qalacaq

CC0 / Hans Braxmeier / Flood
HADİSƏ
Qısa URL
120 0 0

Hesabata görə, qlobal iqlim böhranına qarşı tədbirlər görülsə, köməyə ehtiyacı olan insanların sayı 2030-cu ildə 68 milyona, 2050-ci ildə isə 10 milyona qədər azalacaq

BAKI, 21 sentyabr - Sputnik. Qlobal iqlim böhranına qarşı lazımi tədbirlər görülmədiyi təqdirdə, fırtına, quarqlıq və sellər nəticəsində 2050-ci ilə qədər 200 milyon insan köməyə ehtiyac duyacaq.

Sputnik Türkiyə xəbər verir ki,  Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara cəmiyyətinin yaydığı məlumatda bu gün iqlim dəyişikliyindən qaynaqlanan problemlərə görə 108 milyon insan əziyyət çəkdiyi bildirilir.

2050-ci ilə qədər bu problemdən əziyyət çəkən insanların 200 milyona qədər artması dünya iqtisadiyyatına 20 milyard dollar zərər verəcək.

Hesabata görə, qlobal iqlim böhranına qarşı tədbirlər görülsə, köməyə ehtiyacı olan insanların sayı 2030-cu ildə 68 milyona, 2050-ci ildə isə 10 milyona qədər azalacaq.

Əsas mövzular