Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ağcabədidə faciə: Bir yaşlı uşaq cəhalət və savadsızlığın qurbanı oldu

CC0 / Laurie Alsted / CareUşaq, arxiv şəkli
Uşaq, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Verilən məlumata görə, Kəhrizli kənd xəstəxanasında analiz, rentgen üçün heç bir şərait olmadığından, azyaşlı Quzanlıya göndərilib

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 20 sentyabr — Sputnik. Ağcabədi rayonunda 2018-ci il təvəllüdlü Famil Cəfərov naməlum şəraitdə dünyasını dəyişib. Bir yaşlı uşağın ölüm səbəbinə aydınlıq gətirmək üçün Ağcabədi Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxladıq.

Pəncərə, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Paytaxtda faciə: Dörd yaşlı uşaq pəncərədən yıxılıb öldü

Xəstəxanadan Sputnik Azərbaycan-a hadisənin hansı şəraitdə baş verdiyi barədə məlumat verilib: "Ailədə yas olduğu üçün xəstələnən bir yaşlı Famil baxımsız qalıb, ona diqqət yetirilməyib. Sentyabrın 18-də isə vəziyyətinin yaxşı olmadığını görərək, onu Kəhrizli kənd xəstəxanasına, həkimin yanına aparıblar. Həkim uşağa resept yazıb, yardım edib. Daha sonra yardım üçün azyaşlını Quzanlı kənd xəstəxanasına göndəriblər. Amma valideynləri həmin xəstəxanadan çıxandan sonra uşağı çöpçüyə aparıblar. Çöpçü deyib ki, uşağın tənəffüs yoluna yad cisim düşüb. Çöpçü həmin yad cismin artıq uşağın ağciyərinə düşdüyünü iddia edib. Bu dəfə azyaşlını Bərdəyə aparıblar. Amma oraya çatanda həkimlər azyaşlının öldüyünü deyiblər".

"Əslində isə uşaq soyuqlayıb. Kəhrizlidə həmin uşağı qəbul edən həkim də belə deyir. Yəni onun tənəffüs yoluna yad cismin düşməsi ilə bağlı yayılan məlumat təsdiq olunmayıb", - deyə xəstəxanadan bildiriblər.

Onu da bildirək ki, hadisə ilə bağlı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına heç bir müraciət daxil olmayıb: "Çünki onların kəndi Quzanlı xəstəxanası və Bərdəyə yaxın olub".

Uşağın niyə Kəhrizli kənd xəstəxanasında müayinə olunmamasının səbəbi də açıqlanıb. Verilən məlumata görə, Kəhrizli kənd xəstəxanasında analiz, rentgen üçün heç bir şərait olmadığından, azyaşlı Quzanlıya göndərilib.

Xəbər lenti
0