Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Rusiyada azərbaycanlıları aparan avtobus qəzaya düşdü – Ölən və yaralılar var

© Photo : REPORTGəncəyə hərbi hissəyə gedən mikroavtobus qəzaya uğrayıb
Gəncəyə hərbi hissəyə gedən mikroavtobus qəzaya uğrayıb - Sputnik Azərbaycan
Abunə olmaq
Qəza nəticəsində həlak olanlar 1993-cü il təvəllüdlü Axtın və 1994-cü il təvəllüdlü Qayakənd sakinləridir

BAKI, 20 sentyabr — Sputnik. Rusiyada Azərbaycan vətəndaşlarının olduğu mikroavtobus qəzaya uğrayıb. 

 Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Mercedes markalı avtomobil Atəşgah sığorta şirkətinə məxsus Hyundai-İX35 markalı avtomobillə toqquşub  - Sputnik Azərbaycan
HADİSƏ
Sumqayıtda dəhşətli qəza, iki nəfər öldü - FOTO, VİDEO
Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən bildirir ki, hadisə Dağıstanın Qayakənd rayonunun "Kavkaz" avtomobil yolunda baş verib.

Məlumata əsasən, "Lada Qranta" və "Hyundai Solaris" markalı avtomobillər Azərbaycan dövlət nömrə nişanlı mikroavtobusla toqquşub.

Qəza nəticəsində iki nəfər ölüb, 8 nəfər yaralanıb. Qəza nəticəsində həlak olanlar 1993-cü il təvəllüdlü Axtın və 1994-cü il təvəllüdlü Qayakənd sakinləridir.

Yaralılar Qayakənd xəstəxanasına çatdırılıblar. Xəstəxanaya yerləşdirilənlərdən üçünün Azərbaycan vətəndaşı olduğu bildirilir. Hazırda faktla bağlı araşdırmalar aparılır.

Xəbər lenti
0