Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Abşeronda şadlıq sarayının qarşısında 9 yaşlı uşağı maşın vurub

© Sputnik / Irade JELILTəcili tibbi yardım
Təcili tibbi yardım - Sputnik Azərbaycan
Abunə olmaq
Əliyeva Samirə Samir qızı yolu keçərkən maşın vurub, yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

BAKI, 19 sentyabr - Sputnik. Abşeronda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report" xəbər verir ki, hadisə Masazır qəsəbəsində yerləşən "Briliant" şadlıq sarayının qarşısında qeydə alınıb. 

Belə ki, 2010-cu il təvəllüdlü Əliyeva Samirə Samir qızı yolu keçərkən maşın vurub. Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. 

Xəbər lenti
0